Makron hökumətdən iğtişaşların qarşısını almağı tələb etdi

0
aw5dVkQsYCVJwx5Odwiu1sHDDGzikJIgwAhXGxcI_1200


Fransa Prezidenti Emmanuel Makron hökumətdən küçə iğtişaşlarının təkrarlanmaması üçün hərtərəfli tədbirlər görməyi tələb edib.

Vetenxeber.info BFM TV telekanalına istinadən xəbər verir ki, Makron bunu xalqa müraciəti zamanı bəyan edib.

“Hökumətdən kəşfiyyat məlumatlarının toplanması və bu cür hadisələrin proqnozlaşdırılması ilə bağlı bütün zəruri nəticələri çıxarmağı, eləcə də belə halların bir daha təkrarlanmaması üçün tədbirlər görməyi tələb etdim”, – deyə Fransa lideri bildirib.

Makron kütləvi iğtişaşların bütün iştirakçılarının məsuliyyətə cəlb olunacağına da söz verib. O vurğulayıb ki, talançılara və dağıntılar törədənlərə qarşı ən sərt tədbirlər görüləcək.

Makron hökumətdən iğtişaşların qarşısını almağı tələb etdi – Foto/Video

“Dağıntılar törədənlər bunun əvəzini ödəməlidirlər. Talana əl atanlar dəymiş zərəri ödəməlidirlər. Cəzasızlıq olmayacaq”, – deyə Fransa prezidenti bildirib.

Makron əlavə edib ki, dinc etirazçılarla iğtişaşların təşkilatçılarını dəqiq şəkildə fərqləndirmək lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir