Konqoda Ebola kabusu: Virus daha bir əyalətdə aşkarlandI
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun ölkənin səkkizinci əyalətinə yayıldığı təsdiqlənib.
Vetenxeber.info TASS-a istinadən xəbər verir ki, bu barədə KDR Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən İctimai Səhiyyə İnstitutu məlumat yayıb.
Bildirilib ki, Şimali Ubanqi əyalətində iki nəfərin Ebola virusuna yoluxduğu aşkarlanıb. Onlardan biri həyatını itirib.