Sabah bir rayonda qaz olmayacaqSabah bir rayonda qaz olmayacaq

0
fn6T25q59K1nfGYDl6pDK0FCciPkcOH4pN5Fh75H_1200


Sabah Yardımlı rayonunun əksər ərazilərində qaz təchizatı dayandırılacaq.

Vetenxeber.info xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Məlumata görə, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yardımlı şəhərinin və rayonun Qabaqdibi, Vəlixanlı, Köryədi, Mişkireyin, Dəlləkli, Ostayır və Sırıq kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir