Nardaranda ayağı su nasosunda qalan uşağı xilas etmək mümkün olmadı

0
dFfQXHCCHSH5LZVfEVJaayEAl1dCCvO3Kyaxp5pN_1200

Nardaranda hovuzda ayağı su nasosunda sıxılan uşaq ölüb.

Vetenxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Nardaran qəsəbəsində hovuzda ayağı su nasosunda sıxılan 2022-ci il təvəllüdlü Akif Cavid oğlu Abdullayevin xilas edilməsi üçün əməliyyat keçirilib.

Xilasedicilər və təcili tibbi yardım briqadası tərəfindən operativ tədbirlər, o cümlədən reanimatoloji müdaxilələr həyata keçirilsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir