Uelsdə təyyarə qəzaya uğrayıb: Ölənlər var

0
eYNnGU8rqLpFxUVQOmOsiZhYOuQCEVWAV1Ob0mCj_1200

Böyük Britaniyada, Uelsin Quinet dairəsində yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Vetenxeber.az xəbər verir ki, bu barədə Şimali Uels polisi məlumat yayıb.

Bildirilib ki, İngiltərədəki aerodromdan havaya qalxan təyyarə Kardiqan hava limanına nəzərdə tutulan vaxtda çatmayıb.

Başladılan axtarış-xilasetmə əməliyyatı zamanı aerodromdan təxminən 60 kilometr məsafədə, çətin keçilən ərazidə təyyarənin qalıqları və göyərtəsində olan iki şəxsin meyitləri aşkarlanıb.

Təyyarənin modeli və həlak olan şəxslərin kimliyi açıqlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir