Bir vaxtlar sürət rekordu qıran nəhəng gəmi okeanın dibinə göndəriləcək

0
RSJzF6Jon6yWauT5EbJ7bFf1Qxwu4vInjNrnsKBX_1200


Dünyanın ən böyük süni rifini yaratmaq məqsədilə “SS United States” sərnişin layneri ABŞ-nin Florida ştatı sahillərində batırılacaq.

Vetenxeber.info xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Məlumata görə, gəminin batırılması noyabrın 12-nə planlaşdırılıb. Lakin hava şəraitindən asılı olaraq tarix dəyişdirilə bilər.

“SS United States” 1952-ci ildə ilk səfəri zamanı Atlantik okeanında sürət rekordu müəyyənləşdirib. Gəmi saatda təxminən 67 kilometr sürətlə hərəkət edərək okeanı 3 gün 10 saat 40 dəqiqəyə keçib. Laynerin uzunluğu təxminən 305 metrdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir