ABŞ Konqresində seçki ərəfəsində senator insult keçirdi

0
jcmUxuXVjZvw5LOat8m0DSmeEqmZrfObDjJ6wJ2o_1200


ABŞ-nin Konnektikut ştatından olan demokrat senator Kris Mörfi insult keçirərək xəstəxanaya yerləşdirilib.

Vetenxeber.info xəbər verir ki, bu barədə “ABC News” siyasətçinin nümayəndələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, 53 yaşlı senatorun insult keçirdiyi xəstəxanaya yerləşdirildikdən sonra müəyyən edilib. O, oğlunun xokkey matçını izləyərkən qolunda keyimə hiss etdikdən sonra yerli xəstəxanaya müraciət edib. Daha sonra Mörfi Merilend ştatında yerləşən Cons Hopkins Universitetinin Tibb Mərkəzinə köçürülüb.

“Müalicəsindəki irəliləyiş həkimləri ruhlandırır. O, huşunu itirməyib və vəziyyəti stabildir. Tam sağalacağına ümid edirik”, – deyə senatorun nümayəndəsi bildirib.

Qeyd edək ki, ABŞ Konqresinə seçki noyabrın 3-nə təyin edilib. Səsvermə hazırkı prezidentin səlahiyyət müddətinin ortasında keçiriləcək. Seçkidə Nümayəndələr Palatasının 435 üzvünün hamısı və Senatın 100 üzvündən təxminən üçdə biri müəyyənləşəcək. Vətəndaşlar vaxtından əvvəl, şəxsən və ya poçt vasitəsilə səs verə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir