İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi

0
FmXK9M3vvTE5NMV71tgxb1OcEy2dbgLMkVkrOhQM_1200


Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb.

Vetenxeber.info AZƏRTAC-a istinadən həmin məktubun mətnini təqdim edir:

“Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan-Avstriya münasibətlərinin qarşılıqlı hörmət əsasında inkişaf etməsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasında dostluq əlaqələri birgə səylərimizlə bundan sonra da möhkəmlənərək qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsinə töhfə verəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Avstriya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir