Çində 110 robotun rəqsi “Ginnesin Rekordlar Kitabı”na düşüb

0
LeQOTmJA6rZGzCBGN6w5l75GtpadDzG5JQgvyhcs_1200


Çinin Şandun əyalətinin Cinan şəhərində “AgiBot” şirkətinin istehsalı olan 110 “Expedition A3” humanoid robotu eyni vaxtda rəqs edərək dünya rekorduna imza atıb.

Vetenxeber.info “Global Times”a istinadən xəbər verir ki, eyni vaxtda rəqs edən robotların sayına görə əldə olunan rekord “Ginnesin Rekordlar Kitabı”na daxil edilib.

Nəşrin məlumatına görə, şirkət bu nümayiş vasitəsilə robotların hərəkətlərini əlaqələndirmək üçün hazırladığı “LinkBots” sisteminin imkanlarını sınaqdan keçirmək istəyib. Sistem onlarla robotu eyni vaxtda idarə etmək və onların hərəkətlərini santimetr dəqiqliyi ilə əlaqələndirmək üçün nəzərdə tutulub.

Nümayiş zamanı robotlar sinxron hərəkətlər edərək yerdəyişmə, tullanma və çevrilmə hərəkətlərini yerinə yetirib, həmçinin düzülüşlərini dəyişiblər.

Qeyd edək ki, bu ilin aprelində Çinin “Honor” şirkətinin humanoid robotu yarımmarafonu 50 dəqiqə 26 saniyəyə qaçaraq dünya rekordunu qırıb. Avqustda isə Pekin Humanoid Robot İnnovasiya Mərkəzinin hazırladığı “Tiangong Ultra” robotu 100 metr məsafəyə qaçışda rekord müəyyənləşdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir