Britaniyaya müharibəyə hazırlaşmaq üçün 1000 gün vaxt verildi

0
n7P1Ad70r4f3kwre5Cpshw3KZ84RURBRe42khk51_1200

    Böyük Britaniya qarşıdakı 1 000 gün ərzində müharibəyə hazır vəziyyətə gəlməlidir.

    Vetenxeber.info xəbər verir ki, bunu ölkənin müdafiə naziri Ues Stritinq “The Daily Telegraph” qəzetində dərc olunan məqaləsində bildirib.

    Nazir mümkün münaqişədə hansı ölkə və ya qüvvələrin rəqib ola biləcəyini açıqlamayıb.

    Stritinq qeyd edib ki, düşmənlərin Britaniyaya zərər vurmaq istəyi yeni deyil, lakin onların imkanları dəyişib.

    “2030-cu ilə qədər onların hərbi qüdrəti və hərbi iqtisadiyyatlarının potensialı hücuma keçmələrinə imkan verə bilər. Beləliklə, müttəfiqlərimizlə birlikdə döyüşməyə və qalib gəlməyə hazır olmaq missiyamızı başa çatdırmaq üçün qarşımızda 1 000 gündən bir qədər çox vaxt var”, – deyə nazir yazıb.

    Stritinq Britaniyanın rəqiblərinin hərbi imkanlarını sürətlə müasirləşdirdiklərini vurğulayıb. Onun sözlərinə görə, ölkə, xüsusilə, NATO və ABŞ ilə ittifaqlarını gücləndirməli, həmçinin sənaye bazasını bərpa etməlidir.

    Nazir bildirib ki, Britaniya həm innovasiya, həm də istehsal sahələrində rəqiblərini qabaqlamaq imkanlarını artırmalıdır.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir