YEVLAXDA MƏKTƏBLİLƏRİN SAĞLAMLIĞI DİQQƏTDƏ

0
FB_IMG_1792746972801

Yevlax Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti tərəfindən uşaqların icbari dispanserizasiyası həyata keçirilib

“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq uşaqların ilkin müayinələri həyata keçirilir.

Uşaqların icbari dispanserizasiyası çərçivəsində Yevlax şəhər Sahib Əliyev adına 1 nömrəli tam orta məktəbdə uşaqlar ilkin müayinələrə cəlb olunub.

Baş tutan müayinələr zamanı Yevlax Rayon Mərkəzi Xəstəxanasının müxtəlif ixtisaslı mütəxəssisləri (həkim-pediatr, həkim-oftalmoloq, həkim-otorinolarinqoloq, həkim-stomotoloq, həkim-dermatoveneroloq və s.) tərəfindən uşaqlar icbari dispanserizasiya çərçivəsində müayinə olunublar.

Fəaliyyət çərçivəsində 100-ə yaxın uşağa 50-dən çox xidmət göstərilib.

Xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim edilib.

Həmin şagirdlərin qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdən keçməsi və aşkarlanan xəstəliklərin müalicəsinə başlanması tövsiyə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir