Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

0
gV7VPBOsOIsmEAz9LpRQ1239SmcE2OdIRqsDMcZG_1200


Azərbaycanlı ağırlıqqaldıran Qasım İsmayılov Avropa birinciliyində üç medal qazanıb.

Vetenxeber.info xəbər verir ki, atletimiz Qasım İsmayılov Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclərin Avropa birinciliyində uğurla çıxış edib.

Belə ki, 75 kq çəki dərəcəsində yarışan atlet birdən qaldırma hərəkətində 139 kq çəkinin öhdəsindən gələrək üçüncü olub.

Təmsilçimiz təkanla qaldırma növündə də bürünc medala yiyələnib. O, bu dəfə 175 kq nəticə göstərib. Beləliklə iki hərəkətin cəmində 314 kq nəticəyə imza atmış atletimiz Avropa birinciliyinin bürünc medalına yiyələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir