Bakıda davada bıçaqlanan şəxslərin vəziyyəti açıqlandı
Bakıda bıçaqlanan 20 yaşlı şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, oktyabrın 14-də saat 22:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsindən çağırış qeydə alınıb:
“Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən 2006-cı il təvəllüdlü iki nəfər (kişi) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Qarın divarının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Müalicəsi davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
Budun kəsilmiş yarası diaqnozu təyin edilən digər pasiyentə isə ilkin tibbi yardım göstərilib. Ambulator müalicə üçün evə buraxılıb”.