Meqan Markla qarşı CİDDİ İTTİHAM: “Kral ailəsi ilə pul naminə barışır”

0
TJ1PN4geCd67HwQ7nihdhuRO6b8VvLYCSoocAzxs_1200

Böyük Britaniya şahzadəsi Harrinin həyat yoldaşı, Sasseks hersoginyası, aktrisa Meqan Markl Britaniya Kralı III Çarlzla münasibətləri pul naminə bərpa etməkdə ittiham olunub.

Vetenxeber.info express.co.uk-a istinadən xəbər verir ki, bu fikri Britaniya kral ailəsi üzrə ekspert və bioqraf Angela Levin səsləndirib.

O, Meqanın hərəkətlərində şəxsi maraq güddüyünü iddia edib.

İyul ayında Meqan Markl, Sasseks hersoqu Harri və onların övladları şahzadə Arçi və şahzadə Lilibet kral ailəsi ilə bağlı qalmaqallı müsahibələrdən sonra ilk dəfə sarayda olublar. Səfərin sonuncu günü Harri ilə görüşmək üçün uşaqları və həyat yoldaşı onun yanına gələrək III Çarlz və kraliça Kamilla ilə görüşüblər. Onların söhbətinin təfərrüatı gizli saxlanılıb.

Bundan sonra mediada şahzadə Harrinin atası ilə daha bir görüşü səbirsizliklə gözlədiyi barədə xəbərlər yayılıb.

“Bu, arzuolunan barışıq deyil. Bu, pul, hakimiyyət və Meqanın istədiyi hər şeyi əldə etmək üsuludur”, – deyə ekspert bildirib.

Levinin sözlərinə görə, Harri həyat yoldaşının karyerasına kömək etmək üçün kral ailəsi ilə münasibətləri bərpa edir. Görünür, o, III Çarlzın 2027-ci ildə keçiriləcək “Invictus Games”də onunla birlikdə iştirak etməsini istəyir.

“Kralın “Invictus Games”də iştirakı onların bütün çətinlikləri geridə qoyduqlarının və birlikdə irəliləməyə hazır olduqlarının güclü simvoluna çevrilərdi”, – deyə o izah edib.

Xatırladaq ki, 2020-ci ildə şahzadə Harri və Meqan Markl yeni həyata başlamaq üçün kral ailəsindəki rəsmi vəzifələrindən imtina edərək Kaliforniyaya köçüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir