Çiro İmmobile karyerasını başa vurdu

0
btZglF3AVa8nFrboqDegq4K4nTTcmZkioOpl6YCJ_1200

36 yaşlı italiyalı hücumçu Çiro İmmobile futbolçu karyerasını başa vurub.

Vetenxeber.info xəbər verir ki, bu barədə “Paris” futbol klubunun sosial şəbəkə hesabında yaydığı rəsmi açıqlamada bildirilib.

İmmobile 2026-cı ilin fevralında Paris klubuna keçib. Ötən mövsüm Liqa 1-də 12 matçda meydana çıxan futbolçu 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Yuventus”un yetirməsi olan İmmobile karyerası ərzində “Cenoa”, “Torino”, “Borussiya Dortmund”, “Sevilya”, “Latsio”, “Beşiktaş”, “Bolonya” və digər klublarda çıxış edib.

O, 2021-ci ildə İtaliya millisinin heyətində Avropa çempionu olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir