Bakıda yük maşınında olan alçıpanlar “Hyundai”ın üzərinə aşdı

0
laSekOY22TjXSzl40KyKieoR96a5ksQhX9c2VGpm_1200

Bakıda yük avtomobilinin sürücüsünün ani ehtiyatsızlığı qəzaya səbəb olub.

Vetenxeber.info-ın məlumatına görə, hadisə Şamil Əzizbəyov və Səməd Vurğun küçələrinin kəşisməsində qeydə alınıb.

Belə ki, yük maşınının sürücüsü sağa dönmə əməliyyatını yerinə yetirərkən daşıdığı alçıpan yükü park halında olan “Hyundai” markalı avtomobilin üzərinə düşüb.

Hadisə zamanı “Hyundai” markalı maşına ziyan dəyib, xəsarət alan olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir