Almaniyada yalnız qaradərililər üçün hovuz mübahisəyə səbəb oldu

0
iB0hqXbKKCbV9uFhdPttaxwLz7uSIvA4aD8F8sYa_1200

Almaniyanın paytaxtı Berlində yalnız qaradərili ziyarətçilər üçün altı saatlıq tədbirin keçirilməsi planlaşdırılan ictimai hovuz ətrafında mübahisə yaranıb.

Vetenxeber.info “Daily Mail”ə istinadən xəbər verir ki, hovuz avqustun 14-də saat 12:00-dan 18:00-dək digər ziyarətçilər üçün bağlı olmalı idi.

Tədbir ayrı-seçkiliyə qarşı fəaliyyət göstərən “Every One Teach One” layihəsi ilə birgə təşkil olunub.

Qərar hovuzun əvvəldən hamı üçün pulsuz və inklüziv ictimai məkan kimi təqdim edilməsi və tikintisinə təxminən 300 min avro xərclənməsi səbəbilə tənqid edilib.

Müzakirələrdən sonra tədbir ləğv olunub. Hovuz rəhbərliyi qərarı təhlükəsizliklə əlaqələndirib və qaradərili ziyarətçilər üçün nəzərdə tutulan təşəbbüsün irqçi hücum və təhdidlərə məruz qaldığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir