Antalyada qasırğa: 4 nəfər həyatını itirdi

0
JzAB9Cq3HAaTIOjF612Dm9rCkQquyEq6rIURiZv4_1200

    Türkiyənin cənub hissəsində baş verən tornado fəhlələrin qaldığı tikinti vaqonlarını darmadağın edib. Nəticədə dörd nəfər həyatını itirib, daha bir nəfər isə yaralanıb.

    Vetenxeber.info  xəbər verir ki, bu barədə “BNO News” nəşri məlumat yayıb.

    Məlumata görə, qasırğa tikinti meydançasındakı iki vaqonu uçurub və qüllə kranını aşırıb. Antalya qubernatoru Hulusi Şahin bildirib ki, tornado beş işçini vaqonlardan kənara atıb. Onlardan ikisi hadisə yerində, digər ikisi isə xəstəxanaya yerləşdirildikdən sonra vəfat edib. Sağ qalan yeganə fəhlə yüngül xəsarətlər alıb və hazırda vəziyyəti qənaətbəxş hesab olunur.

    Təbii fəlakət bazar ertəsi günü Türkiyənin Aralıq dənizi sahilində yerləşən Antalya şəhərinin Kepez rayonunun Fevzi Çakmak məhəlləsində qeydə alınıb.

    Bundan əvvəl milli meteorologiya xidməti güclü yağış təhlükəsi ilə əlaqədar bölgədə “sarı” xəbərdarlıq elan etmişdi. Yerli orqanların məlumatına əsasən, dağıntılar olduqca lokal xarakter daşıyıb: qonşu binalara ziyan dəyməyib, şəhərin digər ərazilərində başqa qasırğa və ya fırtına halları barədə məlumat daxil olmayıb.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir