“Yuventus” doğma meydanda “Napoli”yə şans vermədi

0
OGXvlEjS6VENJUghhrPnuSpzky8jHkO8CnUFXRU8_1200


İtaliya A Seriyasının 2026/2027 mövsümünün 10-cu turunda “Yuventus” doğma meydanda “Napoli”ni 2:0 hesabı ilə məğlub edib.

Vetenxeber.info xəbər verir ki, Turindəki “Alyans” stadionunda keçirilən görüşün baş hakimi Simone Sozza olub.

Matçın 70-ci dəqiqəsində Kərim-Sem Alaybegoviç hesabı açaraq Turin təmsilçisini önə keçirib. 75-ci dəqiqədə “Napoli”nin futbolçusu Luka Marianuççi ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 87-ci dəqiqədə isə Jeremi Boqa “Yuventus”un ikinci qolunu vurub.

Bu qələbədən sonra xallarının sayını 17-yə çatdıran “Yuventus” turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. 14 xalı olan “Napoli” isə səkkizinci yerdədir.

Növbəti turda Turin klubu noyabrın 8-də səfərdə “Fiorentina” ilə qarşılaşacaq. Həmin gün “Napoli” isə “Latsio”nu qəbul edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir