Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza baş verdi
Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Vetenxeber.info “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Babək küçəsində qeydə alınıb.
Belə ki, “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında park edilmiş beş avtomobilə – “Opel”, “Hyundai”, “Toyota”, “Mercedes” və “Range Rover” markalı nəqliyyat vasitələrinə çırpılıb.
Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.