Polşada dövlət çevrilişi cəhdi: Prezident təcili iclas çağırdı
Polşa Prezidenti Karol Navrotski Konstitusiya Məhkəməsinin sədri və digər hakimlərlə təcili müşavirə çağırıb.
Vetenxeber.info “Telewizja Republika”ya istinadən xəbər verir ki, polis məhkəmə binası qarşısında etirazçılarınm qarşısını almağa çalışır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları səsgücləndiricilər vasitəsilə jurnalistlərə, deputatlara və mühafizə olunan şəxslərə ərazidən kənara çəkilmək barədə çağırış edirlər.
Polşa paytaxtına əlavə qüvvələrin də cəlb olunduğu deyilir.