Polşada çevrilişə cəhd: Səfirlər fəaliyyətlərini dondurdular
Polşanın Çin Xalq Respublikası və Rumıniyada fəaliyyət göstərən səfirləri Yakub Kumox ilə Pavel Solox Konstitusiya Məhkəməsi ətrafında yaranmış böhran vəziyyəti ilə əlaqədar olaraq öz vəzifələrinin icrasını dayandırıblar.
Vetenxeber.info –ın məlumatına görə, diplomatlar qəbul etdikləri bu qərar barədə “X” sosial şəbəkəsində paylaşım ediblər.
DÜNYA
Polşada dövlət çevrilişi cəhdi: Prezident təcili iclas çağırdı – Video
Qeyd edək ki, oktyabrın 30-da respublikanın ədliyyə naziri Valdemar Jurek Konstitusiya Məhkəməsinin sədri vəzifəsini icra edən Boqdan Svençkovskinin toxunulmazlıq hüququndan məhrum edilməsi və vəzifəsindən kənarlaşdırılması barədə vəsatət qaldırıb. Məhkəmə binasının ətrafının mühafizəsini təmin etmək məqsədilə əraziyə əlavə polis qüvvələri cəlb olunub. Etirazçılar məhkəmə binasının qarşısına toplaşaraq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qurulmuş maneələri aşmağa cəhd göstəriblər. Yaranmış mürəkkəb şəraitə görə Polşa Prezidenti Karol Navrotski Seneqala olan uçuşunu yarımçıq saxlamaq qərarına gəlib və təcili olaraq Varşavaya geri dönüb.