“44” filmi Azərbaycanın kino tarixinə rekordla düşdü
Ölkə kinoteatrlarında nümayiş olunan “44” bədii filmi ilk gündən böyük tamaşaçı marağı ilə qarşılanıb və qısa müddətdə rekord izləyici sayı qeydə alınıb.
Vetenxeber.info xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov “Instagram” səhifəsində paylaşım edib.
Bildirilib ki, 15 gün ərzində “44” filmini 122 min tamaşaçı izləyib. Bunun Azərbaycan kino tarixində kinoteatr nümayişi üzrə rekord baxış olduğu vurğulanıb.