Nyu-Yorkda kilsədən şok qərar: Hər iddiaçıya ən azı 250 min dollar ödəyəcək

0
smAqFDSZ37hIpw72Od7qQ3qwXJlmUvGHDaJHksOx_1200


ABŞ-nin Nyu-York şəhərində Roma-Katolik Kilsəsinin arxiyepiskopluğu din xadimləri və kilsənin digər əməkdaşları tərəfindən cinsi zorakılığa məruz qaldıqlarını bildirən 1 300-dən çox şəxsin iddialarını həll etmək üçün 800 milyon dollardan çox təzminat ödəməyə razılaşıb.

Vetenxeber.info “The New York Times” qəzetinə istinadən xəbər verir ki, razılaşmanın şərtlərinə əsasən, hər bir iddiaçıya birdəfəlik ən azı 250 000 dollar ödənilməsi nəzərdə tutulur.

Razılaşmaya əsasən, arxiyepiskopluq barəsində ittihamlar irəli sürülmüş din xadimlərinin adlarını açıqlamalı və həmin siyahını rəsmi internet saytında mütəmadi olaraq yeniləməlidir.

Təzminatların ödənilməsi üçün arxiyepiskopluq əməliyyat büdcəsini 10 faiz azaldıb və bəzi əmlaklarını satışa çıxarıb. Satılan əmlaklar arasında qurumun baş qərargahı və Manhettenin şərq hissəsində yerləşən torpaq sahəsi də var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir