Hitlerin “Qartal yuvası”nı yandıran şəxs tutuldu

0
3vVSTDC6jvwNgjfxDAWZvQol9Vc1NG2Q8iVbrier_1200


Adolf Hitlerin məxsus olmuş, “Qartal yuvası” kimi tanınan və Kelştayn dağında yerləşən keçmiş çay evində baş vermiş böyük yanğında şübhəli bilinən şəxsin 33 yaşlı Berlin sakini olduğu təsdiqlənib.

Vetenxeber.info xəbər verir ki, bu barədə yerli polisə istinadən “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, şübhəli şəxs hadisədən qısa müddət sonra yanğın yerinin yaxınlığında yaxalanıb. O, motosikletlə yanan binaya doğru hərəkət edən təcili yardım xidmətlərinin qarşısına çıxıb. Yanğınsöndürənlərin köməyi ilə hüquq-mühafizə orqanlarının əməkdaşları nəqliyyat vasitəsini dayandıraraq onu saxlayıblar.

Qeyd olunur ki, saxlanılarkən həmin kişidə psixi qeyri-adekvatlıq əlamətləri müşahidə edilib. Hazırda o, həbsdədir, polislər tərəfindən dindirilmə və digər zəruri istintaq tədbirləri həyata keçirilir. Ehtimal olunan cinayətkarın motivləri və ona qarşı olan sübutlar hələlik açıqlanmır. Yanğının başvermə səbəbləri də məlum deyil. Hazırkı mərhələdə saxlanılan şəxsin yanğında iştirakı tam olaraq təsdiqlənməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir