Albaniyada nümayişçilərlə polis arasında toqquşmalar yenidən başlayıb

0
7n1VP9eKkrD4u9NXAS50nfPjC7otqprsdD8qBhSO_1200


Albaniyanın paytaxtı Tirananın mərkəzində hökumət əleyhinə etirazçılarla polis arasında toqquşmalar yenidən baş verib.

Vetenxeber.info xəbər verir ki, bu barədə ATA agentliyi məlumat yayıb.

Məlumata görə, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına səki daşları və yandırıcı qarışıq olan butulkalar atıblar. Polis isə nümayişçilərə qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.

Tiranada vəziyyət oktyabrın 13-də tələbələrin Təhsil Nazirliyinin binası qarşısında keçirdikləri etiraz aksiyasından sonra gərginləşib. Nümayişçilərlə polis arasında toqquşmalar artıq 10 gündən çoxdur davam edir. Etirazçılar Albaniyanın Baş naziri Edi Ramanın istefasını tələb edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir