ABŞ-də universitet stadionu yaxınlığında atışma: 10-dan çox yaralanan var

0
fvIRkuP6nakjm7HKrOq6HGgC3cG1ZKTpsNXMittB_1200


ABŞ-nin Florida ştatının Tallahassi şəhərində baş verən atışma nəticəsində azı 12 nəfər yaralanıb, onlardan altısı yetkinlik yaşına çatmayan şəxsdir.

Vetenxeber.info bu barədə “Tallahassee Democrat” qəzetinə istinadən verir.

İnsident şənbə günü axşam saatlarında Florida Kənd Təsərrüfatı və Mexanika Universitetinin (FAMU) “Breqq” memorial stadionunun yaxınlığında qeydə alınıb.

Nəşrin verdiyi məlumata görə, xəsarət alanlardan üçünün vəziyyəti ağırdır. Həkimlər yaralılardan birinin vəziyyətini kritik olaraq qiymətləndirirlər. Hadisə ilə bağlı polis tərəfindən genişmiqyaslı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir