Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

0
JLjJBUbJsqaQg6XE0ysemj0yhzXgRPvE8MHTOef7_1200

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib.

Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, bu gün gecə saat 02:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsinə çağırış qeydə alınıb və Xalq artisti özəl tibb müəssisələrindən birinə yerləşdirilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, aktrisa Bakı Sağlamlıq Mərkəzində müalicəsini davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir