Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib

0
kBsDiIFSBOrq83kccqoTCxRhyFfFt7cbjYhzNu18_1200


Azərbaycanlı çoban dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olub.

Vetenxeber.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı Berd rayonundakı mənbələrinə istinadən məlumat yayıb.

Bölgə sakinlərinin sözlərinə əsasən, Azərbaycan vətəndaşı sərhəd xəttini Tavuş vilayətinin Çinari kəndi yaxınlığında adlayıb.

İlkin məlumatlarda çobanın Ermənistan hərbi polisi tərəfindən saxlanıldığı bildirilir.

Məsələ ilə bağlı hələ ki, heç bir rəsmi açıqlama verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir