ABŞ-də maraqlı hadisə: Öləcəyi deyilən yaşlı kişi gözlənilmədən sağaldı və evə buraxıldı

0
ciSaI1B6y3ZhY2OQ6XF25TJasZXs0EPtnt2SHRgm_1200

ABŞ-də ölümcül xəstəliyi olduğu və ömrünün sonuna yaxınlaşdığı deyilən Mayk Selmon gözlənilmədən sağaldığı üçün müalicə aldığı müəssisədən evə buraxılıb.

Vetenxeber.info “CBS News” nəşrinə istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı, jurnalist Kim Klark məlumat verib.

Məlumata görə, Mayk Selmon aorta anevrizması və sepsis səbəbindən üç əməliyyat keçirib. Yanvar ayında əməliyyatlardan sonra bərpa olunduğu zaman həkimlər onda daha bir potensial ölümcül anevrizma aşkar ediblər.

Müalicə üçün daha iki ağır əməliyyat tələb olunsa da, kişi bundan imtina edib. Həkimlər tibbi müdaxilə olmadan onun cəmi bir neçə həftə yaşaya biləcəyini ehtimal ediblər.

Lakin kişinin vəziyyəti gözlənilmədən yaxşılaşmağa başlayıb. May ayının əvvəlində yaraları sağalıb, o, gücünü bərpa edib və yenidən bağbanlıqla məşğul olmağa, bric oynamağa və piroq bişirməyə başlayıb.

Nəticədə M.Selmon evə buraxılıb. Buna səbəb həkimlərin artıq onun altı aydan az ömrünün qaldığını təsdiqləyə bilməməsi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir